Qazaxıstanda keçmiş məsciddə partlayış olub, ölənlər və yaralananlar var

17/11/2024 - 10:45

Qazaxıstanın Akmola vilayətinin Sabındı kəndindəki keçmiş məsciddə qaz partlayışı nəticəsində üç nəfər ölüb. “Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi bildirib. “1978-ci il təvəllüdlü bir kişi həlak olub. Xilasedicilər dağıntılar altından 1983-cü il təvəllüdlü bir qadının və 2012-ci il təvəllüdlü bir uşağın cəsədini tapıblar. 16 yaralı Astana şəhər xəstəxanasına çatdırılıb”, – məlumatda diqqətə qeyd olunub. Məlumata görə, xilasedicilər binadan altı qaz balonunu çıxarıblar, ümumilikdə isə yeddi balon olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ