Əhalinin özünüməşğulluğunun təmin olunması üçün 77 mln. manat ayrılacaq
18/11/2024 - 13:04
Əhalinin özünüməşğulluğunun təmin olunması üçün 2025-ci ildə 77 mln. manat vəsaitin ayrılması proqnozlaşdırılır. APA xəbər verir ki, bu, 2025-ci il üçün büdcə zərfində əksini tapıb. Bu da 2024-cü ilin təsdiq edilmiş göstəricisindən 3,5 min.manat və ya 5 faiz azdır. Növbəti ildə əhalinin özünüməşğulluğunun təmin olunması məqsədilə 8 500 nəfərin təlimlərə cəlb olunması, mövcud zərflərin tərkibinin optimallaşdırılması ilə yeni müasir zərflərin tətbiqi nəzərdə tutulur.