Neft Fondunun investisiya portfelində ABŞ dollarının payı azalıb

18/10/2024 - 17:56

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 30 sentyabr 2024-cü il tarixinə investisiya portfelinin 67%-ni ABŞ dolları təşkil edib (31.12.2023 tarixinə bu göstərici 67,5% olub – red.). Bu da ötən ilin axırına olan göstərici ilə müqayisədə 0,5 faiz bəndi azdır. "APA-Economics"in Neft Fondunun bu ilin 9 ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 2024-cü il 30 sentyabr tarixinə avro ARDNF-in investisiya portfelinin 20,3%-ni, funt sterlinq 5,1%-ni, Çin yuanı – 2,6%-ni, Yaponiya yeni – 1,4%-ni, digər valyutalar isə 3,6%-ni təşkil edib. Məlumata görə, Fondun ABŞ dolları portfelinin 10 844,9 mln. dollarlıq hissəsini (17,7%) qızıl investisiyaları təşkil edib. Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 61 190,8 mln. dollara çatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycan nefti bahalaşıb
12/10/2024 - 10:37
Neftin bu günə olan qiyməti
26/09/2024 - 09:14