Kursk vilayətinin 46 sakini Ukraynadan Rusiyaya qaytarılıb

22/11/2024 - 19:44

Bu gün Kursk vilayətinin 46 sakini aparılan danışıqlar prosesi nəticəsində Ukraynadan Rusiyaya qaytarılıb. APA TASS-a istinadən xəbər verir ki, bunu teleqram kanalında Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili-ombudsman Tatyana Moskalkova bildirib. Moskalkova qeyd edib ki, Kurs sakinləri avqustda silahlı hücumdan sonra Ukrayna silahlı qüvvələri tərəfindən Kursk vilayəti ərazisindən götürülüb. Rusiyaya qaytarılan vətəndaşlar arasında biri yeni doğulmuş, biri 3 yaşına qədər olmaqla, 12 uşaq və əlil də var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ