Bakının bu rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

23/11/2022 - 17:19

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsinə, Şıx və 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qafqaz.media bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kamala Mahmudova vəfat etdi
27/09/2024 - 10:06