BLİNKEN PAŞİNYANLA SƏRT TONDA DANIŞIB – Baş nazirin ikiüzlü siyasəti Vaşinqtonda narahatlıq yaradıb

19/11/2022 - 14:58

Erməni mediası iküzlü siyasət yürüdən Baş nazir Nikol Paşinyanla ABŞ Dövlət katibi Entoni Blinken arasında bu həftə baş tutan telefon danışığının kifayət qədər gərgin keçdiyini yazıb.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Entoni Blinken əvvəlcə Ermənistanın Baş naziri, sonra isə Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr aparıb. “Armenian Past” qəzeti yazır ki, Dövlət katibi Paşinyanı konkret nəticələrə nail olmaq üçün sülh prosesinin asanlaşdırılmasında irəliləyişi davam etdirməyə çağırıb.

“Diplomatik mənbəmizə görə, Blinken Paşinyanla kifayət qədər sərt tonda danışıb, bunun da geosiyasi səbəbləri var. Ermənistan Xarici İşlər Nazirliyindəki mənbənin sözlərinə görə, Amerika tərəfi Rusiyanın münasibətləri normallaşdırmaq təklifləri ilə bağlı Ermənistanın siyasi sferasında səslənən mesajlardan ciddi narahatdır”,- məqalədə qeyd olunur.

Nəşr yazır ki, Ermənistan hakimiyyəti bundan əvvəl də dəfələrlə açıq şəkildə Rusiyanın təkliflərinin (Qarabağ məsələsinin həllinin gələcək nəsillərə ötürülməsi, Rusiya sülhməramlılarının qalma müddətinin uzadılması və s.) tərəfdarı olduğunu bəyan edib.

“Buna əsasən, Amerika tərəfi “Vaşinqton variantı”ndan fərqli olaraq “Rusiya versiyası”nın sonda dominant olacağından ciddi şəkildə narahatdır”, – qəzet yazır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02