Bu il Azərbaycanda 40 min şəxsə əlillik təyin olunub

19/11/2024 - 13:36

“Bu il artıq 40 min şəxsə əlillik təyin olunub. Bunun yarısı ilkin əlillikdir". APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, reabilitasiya təyin olunan xəstələrdə əlillik müddətli təyin olunur: "Müddət bitəndə vətəndaşlar yenidən müraciət etməlidir. Vətəndaşlar yerlərdə tibb müəssisələrinə müraciət edirlər. Tibb müəssisələri analizlər götürür, uyğun bilirsə, ona forma verir. Uyğun bilmirsə, vermir, yəni imtinanı tibb müəssisələri verir. Yerlərdə bizim nazirliyimiz əlilliklə bağlı qiymətləndirmə aparmır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Uşaqlarda inkişaf ləngiməsi
19/11/2024 - 14:20
Pinqvin ilk dəfə Avstraliyada
19/11/2024 - 09:16
Sabah qar yağacaq
18/11/2024 - 14:05
Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03