“Bu, Türkiyənin qanuni haqqıdır” – PESKOV

22/11/2022 - 16:32

"Biz Türkiyənin öz təhlükəsizliyinin təmin edilməsi ilə bağlı narahatlığını başa düşürük və buna hörmətlə yanaşırıq. Hesab edirik ki, bu, Türkiyənin qanuni haqqıdır".

Bunu yerli mətbuata açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasına bildirib.

O Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “2019-cu ildə Rusiya tərəfi razılaşmaya baxmayaraq, Suriya bölgələrini kürd silahlı birləşmələrindən “təmizləmək” öhdəliyini yerinə yetirmədi” bəyanatına münasibət bildirib.

“Rusiya Suriyadakı vəziyyətlə bağlı Türkiyənin təhlükəsizlik narahatlığını başa düşür, lakin bütün tərəfləri vəziyyəti çətinləşdirə biləcək addımlardan çəkinməyə çağırır”.”, - Peskov əlavə edib.

D. Peskov qeyd edib ki, Rusiya bütün tərəfləri bütövlükdə vəziyyətin ciddi şəkildə destabilləşməsinə gətirib çıxara biləcək addımlardan çəkinməyə çağırır.

"Bu, bumeranq effekti verə, təhlükəsizlik durumunu daha da çətinləşdirə bilər", - Kreml sözçüsü vurğulayıb.

Bundan əvvəl Rusiya Prezidentinin Suriya üzrə nümayəndəsi Aleksandr Lavrentyev bildirmişdi ki, Moskva Suriya ərazisinə endirilən zərbələr fonunda Ankaranı təmkinli olmağa çağırır və gərginliyin artmasına icazə verilə bilməz.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02