“Fransa Azərbaycan əsgərlərinin..." - Türkiyənin vitse-prezidentindən AÇIQLAMA

18/11/2022 - 13:11

“Qarabağda baş verən hadisələrdə Türkiyənin rolunu hər kəs bilir”.

Qafqaz.media xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

O bildirib ki, Bakı və Ankara “bir millət, iki dövlət” prinsipini bütün sahələrdə doğrultmağa çalışır.

“Fransa Azərbaycan əsgərlərinin Ermənistanın olduğu iddia etdiyi torpaqlardan çıxmasını tələb edir. Hazırda Şuşada, Füzulidə ciddi işlər gedir. Həmin ərazilər Azərbaycanın 30 il əvvəl işğal olunmuş torpaqlarıdır. Kəndlər yerlə-yeksandır”, - vitse-prezident vurğulayıb.

F. Oktay deyib ki, ermənilərin Qarabağda məskunlaşmaması həmin ərazilərin onların olmadığı göstərir: "Fransa isə iddia edir ki, buralar Ermənistan torpağıdır".

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02