Mixail Saakaşvilini həbsxanada zəhərləyiblər – VƏKİLİNDƏN AÇIQLAMA

19/11/2022 - 16:02

“Mixail Saakaşvili zəhərlənib”. Qafqaz.media xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəkili Valeri Qelbaxiani bildirib.

Vəkilin sözlərinə görə, o, xaricilərin rəyi əsasında üçüncü prezidentin zəhərlənməsindən danışır. Vəkil deyib ki, Mixail Saakaşvilinin özündə də çoxdan belə şübhələr olub.

“Bu, əcnəbilərin müayinəsinin nəticəsidir. Tədqiqat hissəsində hansı elementlərin və hissəciklərin müşahidə edildiyi və bu hissəciklərin hansı zəhərli maddələr üçün xarakterik olması barədə məlumatlar var. Bir sıra tədqiqatlar var. Hansı zəhərli maddələrdən danışırıq, daha sonra məlumat verəcəyik. Mən onun zəhərlənməsi faktını təsdiqləyirəm”, – Gelbaxiani deyir.

“Söhbət civə, barium və kalium kimi zəhərli maddələrdən gedirmi” sualına Qelbaxiani belə cavab verir: “Belə məlumatlar var, amma bu barədə ətraflı brifinqimiz olacaq”, - deyə Qelbaxani bildirib.

Mixail Saakaşvilinin nə vaxt, həbsdə olarkən və ya həbsxanadan klinikaya köçürülməsindən sonra zəhərlənməsinə gəlincə, Qelbaxiani izah edir ki, bunun üçün araşdırma lazımdır və o, təfərrüatları iki gündən sonra brifinqdə açıqlayacaq.

Михаил Саакашвили был отравлен – заявление адвоката | Новости в 'Час Пик'

“Mixail Saakaşvilinin keçirdiyi bütün xəstəliklər bu zəhərlənmə nəticəsində yarana bilər. O, bundan xəbərdardır və özü də çoxdan zəhərləndiyindən şübhələnirdi. Əks halda, onun xəstəlikləri bu cür inkişaf etməzdi”, – Valeri Gelbaxiani bildirib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02