Polyak politoloqdan XƏBƏRDARLIQ: Polşa şərqdə müharibəyə hazırlaşır

21/11/2022 - 13:28

Qafqaz.medianın verdiyi xəbərə görə, Polşanın “Gazeta Wyborcza” qəzeti politoloq Leşek Sıkulskiyə istinadən bildirib ki, ABŞ-ın Rusiyaya qarşı “strateji buferə ehtiyacı var” və bu bufer Polşa olmalıdır. Onun sözlərinə görə, Varşava şərqdə müharibəyə hazırlaşır. Çox şeylər buna dəlalət edir.
Poznanda doktor Sıkulski iddia edib ki, “döyüşçülər, o cümlədən Belarus qrupları Polşa dövlətinin ərazisində təlim keçir” və “Belarus televiziyası bu barədə rəsmi məlumat yayıb”. O əlavə edib ki, onların məqsədi “gələcəkdə Belarus Respublikasında xüsusi əməliyyatlar keçirmək və Lukaşenko rejiminə qarşı mübarizə aparmaqdır”.
“Noyabrın 4-dən 7-dək Varşava yaxınlığındakı Yablonnada, Polşa Elmlər Akademiyasının sarayında, necə deyərlər, Rusiya Federasiyasının yeni mühacir hökumətinin qurultayı keçirilib. Bundan başqa, Ukrayna Ali Radasının deputatlarından biri də orada olub, hansısa dövlət qurumunun idarə etdiyi binada xarici dövlətin prezidenti Vladimir Putinin öldürülməsinə çağırış edib”, deyə Sıkulski bildirib. "Mənim qiymətləndirməmə görə, Polşa hökuməti Şərqdə müharibəyə hazırlaşır”, deyə Sıkulski əlavə edib.
"Buna çox şeylər, o cümlədən qanunvericilik aktları dəlalət edir. Polşada "Vətənin müdafiəsi haqqında” qanun qüvvəyə minib. Bu qanun icbari hərbi xidməti bərpa edir və təbii ki, nəzəri cəhətdən qadınlar üçün icbari hərbi xidmət tətbiq edilir", deyə politoloq sözlərini yekunlaşdırıb.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33