Prezident Bakı Olimpiya Stadionunda - FOTOLAR

10/09/2024 - 14:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub.

Modern.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məruzə etdi.

    Eyni zamanda, dövlət başçısına ümumilikdə bu tədbirlə bağlı stadionun 49 hektarlıq perimetrində Mavi Zona üzrə aparılan tikinti işləri, məkanların dizaynı, qonaqlar üçün müxtəlif xidmətlərin təşkili, paytaxtda nəqliyyat əməliyyatlarının hazırlığı, qonaqların yerləşdirilməsi prosesi və digər işlər barədə məlumat verildi. Həmçinin 8 hektar ərazidə qurulan Yaşıl Zona ilə bağlı görülən işlər məruzə edildi.

    Qeyd olundu ki, ölkəmizdə COP29-un yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülür, lazımi infrastruktur yaradılır.

    Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.

     

    1378411

    1378412

    1378413

    1378414

     

    1378415

    1378416

    1378417

    1378418

    1378419

    13784201378410

    13784091378408

    Modern.az

     

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Əsgərimiz həlak oldu
    15/09/2024 - 10:51
    İlqar Məmmədov istefa verdi
    12/09/2024 - 06:33