Azərbaycan Milli Konservatoriyasında Mətbuat Konfransı keçirilib
Qafqaz.Media xəbər verir ki, 25 noyabr AMK -nın Bakı Zalında Azərbaycan Milli Konservatoriyasında Nəsimi Operasının Premyerası və AMK nın milli musiqi təhsili mövzusu altında "Sənət Məbədində Bir Gün" adlı Mətbuat Konfransı keçirilib.
Azərbaycan Milli Konservatoriyasının (AMK) təşkilatçılığı ilə Nəsimi operasının premyerası və AMK-nın nailiyyətləri ilə bağlı "Sənət Məbədində Bir Gün" adlı mətbuat konfransı keçirildi. Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, idarə heyətinin üzvləri, kafedra müdirləri, müəllim və professorlar, həmçinin Azərbaycanın tanınmış qəzet, sayt və televiziya kanallarından əməkdaşları iştirak etmişdir.Mətbuat konfransını AMK-nın mətbuat katibi Aysel Fikrət açıb. Sonra Rektor Siyavuş Kərimi, Azərbaycan Milli Musiqi Təhsili və Nəsimi Operası ilə bağlı mətbuat nümayəndələrinin suallarını cavablandırıb.Konfransda Azərbaycan musiqi sənətinin inkişafı və Nəsimi Operasının əhəmiyyəti barədə maraqlı müzakirələr aparılaraq fikir mübadiləsi müzakirə olunub.Nəsimi Operasının ərsəyə gəlməsı barədə danışıb,bəstəkara Operanın yaranması barədə və uğurla təqdim olunması barədə bir çox suallar təqdim olunub.Beləliklə, Azərbaycan Milli Konservatoriyasında baş tutan mətbuat konfransı iştirakçılarda xoş təəssüratlar yaratmış və öz işini uğurla başa vurub.Uğurlar və daha çox nailiyyətlər arzu edirik. Konfrans haqqında Qafqaz.Media saytının redaktorunun suallarını Milli Konservatoriyanın Mətbuat katibi Aysel Fikrət cavablandırıb.
- Aysel xanım, bugünkü Mətbuat konfransında daha nələr danışıldı?
Azərbaycan Milli Konservatoriyasının milli, musiqi təhsili barədə, burda baş verən səhər məşqlərində Azərbaycan Milli Konservatoriyasının Milli Musiqi təhsili, AMK-nın tələbələrdən ibarət Xor və Orkestr kollektivləri (bədii rəhbər Dosent Leyla Zalıyeva), Milli Konservatoriyada keçirilən memorandumlar, rəhbəri olduğu Xor və Orkestrinin səhər məşqləri, Azərbaycanın önəmli mədəniyyət tədbirlərində iştirakı barədə digər musiqi yönümlü məktəb və strukturlardan fərqli cəhəti odur ki, o özündə Azərbaycan Milli Konservatoriyasının nəzdində birinci İncəsənət Gimnaziyasını birləşdirib onun nəzdindədir, Musiqi Kolleci onun nəzdindədir, Sumqayıt Musiqi kolleci onun nəzdindədir, Bax, bu özəlliyi var. Bir özəlliyi də odur ki, milli musiqimizin təhsilini inkişaf etdirir. Bunun içində gedir muğam, musiqi alətlərimiz və sairə. Azərbaycan Milli Konservatoriyası bu işlərlə məşğuldur.
- Aysel xanım, bu günlərdə Konservatoriyada Azərbaycanın böyük mütəfəkkiri, söz ustadı İmadəddin Nəsimidən bəhs edən opera oynanıldı. Bu haqda fikirlərinizi oxucularımızla bölüşərdiniz.
Nəsimi operası çox möhtəşəm qarşılandı. Mən deyərdim ki, Nəsimi operası Azərbaycan mədəniyyətində böyük hadisə oldu. Nəsimi operasının bəstəkarı Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimidir. Librettosu akademik Rafael Hüseynovundur. Baş rolun ifaçısı, Respublikanın Əməkdar artisti, Gəncə Filarmoniyasının direktoru Ramil Qasımova aiddir. Rektorumuz bu barədə danışdı. Nəsimi operasının premyerasında olan öz əməkdaşlarının, dostlarının, Azərbaycan Mediasının iki minə yaxın insan, Azərbaycan vətəndaşının onu alqışlamısına görə çox qürur hissi keçirtdiyini bildirdi. Çox gözəl təəssüratlar yaşadığını və bu günə qədər o təəssüratların içində olduğunu söylədi, Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürlüyünü bildirdi. Mədəniyyət Nazirliyinə təşəkkürlüyünü bildirib, dedi ki, bu işdə demək olar ki, Nəsimi operasının ərsəyə gəlməsində nazirliyin böyük xidmətləri oldu. Mətbuat konfransının sonunda Azərbaycanın ölkə başçısı İlham Əliyev cənabları olmaqla, Azərbaycan Mədəniyyət Nazirliyinə, Elm təhsil nazirliyinə təşəkkür bildirildi. Milli Konservatoriyanın yaranmasında ulu öndər Heydər Əliyevin adını vurğuladı. O vaxt ulu öndər Heydər Əliyev Konservatoriyanın rəhbər olmasına etimad etdiyi insan Siyavuş Kərimi oldu. O da Konservatoriyanı yaratdı. Onun arzularını, onun niyyətlərini doğrultdu.
Fuad BİLƏSUVARLI
Qafqaz.Media