Bakı Bələdiyyə Teatrının bir qrup aktyoru Zəfər gününə həsr olunmuş tədbirdə iştirak edib
Qafqaz.Media xəbər verir ki, Bakı Bələdiyyə Teatrının bir qrup aktyoru Zəfər gününə həsr olunmuş tədbirdə iştirak edib.
Qeyd edək ki, Şanlı tariximizin ən şərəfli və qürurverici səhifələrinə həkk olunmuş “8 noyabr –Zəfər günü münasibətilə “Zəfər Bayrağı altında yeni-yeni zəfərlərə doğru” adlı ədəbi-bədii tədbir Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət sarayında baş tutub. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, şəhidlərimizin ailə üzvləri və qaziləmiz, Milli Məclisin deputatları Afət Həsənova, Qaya Məmmədov, YAP Suraxanı Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və əməkdaşlar, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin rəhbərliyi ilə tədbirin bədii hissəsində Bakı Bələdiyyə Teatrının bir qrup aktyoru ilə Zəfər gününə həsr olunmuş kompozisiya ilə çıxış ediblər.
Fuad BİLƏSUVARLI
Qafqaz.Media