Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası hazırlanacaq

27/01/2025 - 16:56

Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası hazırlanacaq. APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 105-VIIQD nömrəli Qanununun tətbiqi haqqında" fərmanında əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək. İqtisadiyyat Nazirliyi alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiyməti təsdiq edildikdən sonra üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Xəzərdə zəlzələ oldu
26/01/2025 - 18:57
Sabaha olan hava proqnozu
23/01/2025 - 14:02