Adəm Məmmədovun vəkillik fəaliyyəti dayandırıldı
28/01/2025 - 10:49
Tanınmış hüquqşünas Adəm Məmmədovun vəkillik fəaliyyəti dayandırılıb. “Qafqazinfo” Globalinfo.az-a istinadən xəbər verir ki, qərar bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası zamanı qəbul edilib. Qərara əsasən, barəsində intizam icraatı başladılan vəkilin fəaliyyəti 3 ay müddətə dayandırılıb. Təfərrüat hələlik açıqlanmır.