Azərbaycan parabadmintonçusu Misirdə 2 bürünc medal qazanıb

26/01/2025 - 21:10

Azərbaycan parataekvondoçusu İbrahim Əliyev Misirin paytaxtı Qahirədə təşkil edilən beynəlxalq turnirdə uğurlu çıxış edib. AZƏRTAC xəbər verir ki, 19 yaşlı gənc paralimpiyaçı həm təklərin mübarizəsində, həm də türkiyəli Sedat Tumkaya ilə birlikdə çıxış etdiyi qoşa yarışda 2 bürünc medala yiyələnib. O, təklərin qrup mərhələsində misirli və hindistanlı rəqiblərini məğlub edərək 1/8 finala vəsiqə qazanıb. İdmançı ardıcıl iki mərhələdə hindistanlı rəqibləri üzərində qələbə qazanıb və yarımfinaladək irəliləyib. Qoşa yarışda isə qrup mərhələsini misirli və hindistanlı rəqibləri üzərində iki qələbə ilə başa vuran İ.Əliyev və S.Tumkaya tandemi 1/4 finalda da hindistanlı rəqiblərini məğlub edib və turniri yarımfinalda başa vurub. Qeyd edək ki, turnir "Grade 2" kateqoriyasına daxil edilən Beynəlxalq Badminton Federasiyasının təsnifat yarışıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Xəzərdə zəlzələ oldu
26/01/2025 - 18:57
Sabaha olan hava proqnozu
23/01/2025 - 14:02