Biləsuvarda fəaliyyətə başlayan yeni istehsal müəssisəsi daxili təlabatın ödənilməsində mühüm rol oynayacaq

24/01/2025 - 00:23

 

 

“Məqsədimiz satış prosesində vasitəçi olmadan məhsulu fabrikdən birbaşa bazara çıxarmaqdır”.

 

Qafqaz.Media xəbər verir ki, Biləsuvarda yeni istifadəyə verilən tikiş fabriki yüngül sənaye mallarına olan daxili təlabatın ödənilməsinə mühüm töhfə olacaq. Fabrikdə işçilərin fəaliyyəti üçün yaradılan hərtərəfli şərait eləcə də, fabrikin müasir tikiş texnika və dəzgahları  ilə təchizatı burda , keyfiyyətli məhsul istehsalına imkanlar açacağından xəbər verir. 1000 kv metrlik sahəsi olan müəssisədə hələlik 30 tikiş maşını ilə 25-ə yaxın işçi fəaliyyətə başlayıb. İşçilər Dövlət Məşğulluq Agentliyinin  Biləsuvar  filialının xətti ilə xüsusi peşə hazırlığı kurslarına cəlb olunan dərzi-tikişçi statusuna yiyələnmiş xanımlardan ibarətdir. 

Gələcəkdə  fabrikdə 120- tikiş maşınının işlədilməsi planlaşdırılır.  Fabrikdə ilkin dövrdə bir neçə çeşiddə üst geyimləri-xüsusilə jiletlər, gödəkçələr, idman geyimləri, yüngül ev geyimləri və.s istehsalı həyata keçiriləcək. Fabrikin direktoru Cəmil Əzizalının sözlərinə görə, fabrikin istehsal etdiyi malların təlabatını nəzərə alaraq, satışı paytaxtdakı topdansatış məntəqələrində yerinə yetiriləcək. “Bazar üçün hazırlanan məhsulun qiymətinə gəlincə, pərakəndə satış qiymətlərindən qat-qat aşağı təklif olunacaq. Məqsədimiz satış prosesində vasitəçi olmadan məhsulu  fabrikdən birbaşa  bazara çıxarmaqdır.”

Fabrikdə açılan yeni iş yerlərinin sayı hazırda 25-ə çatır. Bu rəqəmin yaxın gələcəkdə 70-80-ə çatdırılması diqqət mərkəzindədir.  Qeyd edək ki, bu layihə, KOBİA-nın yerli bizneslərə göstərdiyi dəstəyin konkret bir nümunəsidir. KOBİA, mikro, kiçik və orta sahibkarlara müxtəlif maliyyə və qeyri-maliyyə dəstəyi göstərməklə onların inkişafını təmin edir. Bu dəstək mexanizmləri arasında güzəştli kreditlər, məsləhət və təlim xidmətləri, sərgi və biznes forumlarına qatılma inkanları, eləcə də innovativ biznes həlləri daxildir. Əsas məqsəd isə ölkə iqtisadiyyatının inkişafına və sahibkarlığın rəqabət qabiliyyətinin artırılmasına töhfə verməkdir.

 

Samir QURBANOV

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabaha olan hava proqnozu
23/01/2025 - 14:02