Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT

23/01/2025 - 11:56

Rusiya Federal Təhülkəsizlik Xidmətinin əməkdaşları Tver vilayətində azərbaycanlılara qarşı əməliyyat keçirib. Modern.az yerli mətbuata istinadən xəbər verir ki, Rusiya Milli Qvardiyasının döyüşçüləri və digər hüquq-mühafizə orqanlarının keçirdiyi  əməliyyat zamanı Azərbaycan vətəndaşı olan 6 nəfər saxlanılıb. Onların uzun müddət ərzində aksizi olmayan tütün və spirtli iççi məhsullarının ticarəti ilə məşğul olduğu iddia edilib. Məlumata görə, əməliyyat çərçivəsində müsadirə edilən məhsulların ümumi dəyəri 1 milyon rubl olaraq qiymətləndirilir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Tramp tarixi ənənəni pozdu
18/01/2025 - 04:53