İmran Xana 14 illik həbs cəzası verildi
17/01/2025 - 13:39
Hurriyyet.az xəbər verir ki, Pakistanın keçmiş Baş naziri İmran Xana 14 illik həbs cəzası verilib.
"Geo" telekanalının məlumatına görə, İmran Xan 175,5 milyon dolların leqallaşdırılması işində ittiham edilir.
İmran Xanın həyat yoldaşı isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaqın iddiasına görə, Xan ilə həyat yoldaşı pulların yuyulması məsələsinin müdafiəsinin müqabilində 5 milyard rupi və onlarla hektar torpaq alıblar.