Diplomat Ramiz Vəliyevin həbsi təsdiqləndi - FOTO
Ötən gün vəkil Adəm Məmmədov ölkə mediasına açıqlamasında Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin təmsilçisi, diplomat əmisi Ramiz Vəliyevin həbs edilməsini təkzib edib.
Criminal.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, R.Vəliyev Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunur. Onun barəsində Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürova 4 ay müddətinə həbs qərarı verib.
Həmin həbs qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əfqan Ələkbərovun icraatında baxılıb və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Hər iki məhkəmədə əmisinin hüquqlarını Adəm Məmmədov müdafiə edib. R.Vəliyevin digər vəkili isə 16 saylı vəkil bürosunun vəkili Zəribə Əmiraslanovadır.
Bununla bağlı jurnalist Anar Məmmədov özünəməxsus "Facebook" sosial şəbəkəsində məlumat verib.