Yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq
Yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hazırkı prezident Co Baydenin administrasiyasını Ukraynada münaqişəni təhrik etməkdə ittiham edib. Publika.az xəbər verir ki, bu barədə ABŞ KİV-i məlumat yayıb. Tramp deyib ki, Bayden komandasının səriştəsizliyi Rusiyanın 2022-ci ilin fevralında hərbi hücuma keçməsinə səbəb olub. "Onlar (Bayden administrasiyası) nə etdiklərini bilmirlər. Ancaq biz nə etdiyimizi bilirik və bunların hamısı bitəcək", - Tramp deyib. O, yeni prezidentlik müddətinin münaqişələrin hökm sürdüyü dünyada başlayacağını qeyd edib və ABŞ-ın “böyük ordusu” olduğunu vurğulayıb.