Metroda gediş haqqı artırılır? - Açıqlama

07/01/2025 - 15:03

“Bakı Metropoliteni” QSC gedişhaqqı tariflərinin qaldırılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib. QSC-dən “Qafqazinfo”ya verilən məlumatda bildirilib ki, qurumun gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur. “Həmçinin metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb”, - rəsmi məlumatda vurğulanıb. Qeyd edək ki, hazırda metroda gedişhaqqı 50 qəpik təşkil edir. İddialarda gedişhaqqının 55 qəpiyə qaldırılacağı bildirilirdi. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Abşeronda ev yanıb
04/01/2025 - 14:56
Ən qərarsız 3 bürc
03/01/2025 - 12:24
Sabaha olan hava proqnozu
02/01/2025 - 13:33