Dəhşətli qəzada ölənlərin sayı 3-ə ÇATDI

03/01/2025 - 09:51

Hacıqabul rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzasında xəsarət alan daha bir nəfər həyatını ititib. Modern.az-ın məlumatına görə,  2018-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması zamanı "VAZ-2107" idarə etmədən çıxaraq yol kənarındakı "Hyundai Sonata", "Hyundai Tucson" və "KİA" markalı minik maşınlarına çırpılıb. Qəza nəticəsində Yusif Qəhrəmanov, Günel Qəhrəmanova, Aminə Qəhrəmanova, Vilayət Qəhrəmanov, Elgün Sarıyev, Elvin Sarıyev və Günel Sarıyeva müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara təcili təxirə salınmaz tibbi yardım göstərilib. 9 yaşlı Yusif Qəhrəmanov və 1996-cı il təvəllüdlü Qəhrəmanova Aminə Fikrət qızı da xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Abşeronda ev yanıb
04/01/2025 - 14:56
Ən qərarsız 3 bürc
03/01/2025 - 12:24
Sabaha olan hava proqnozu
02/01/2025 - 13:33
Evində yanğın oldu, öldü
02/01/2025 - 11:06