Azərbaycan nefti bahalaşıb

04/01/2025 - 13:56

 Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,22 ABŞ dolları, yaxud 0,28 faiz artaraq 79 ABŞ dolları təşkil edib. AZƏRTAC xəbər verir ki, hazırda “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 76,76 ABŞ dollarıdır. Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neft yenidən ucuzlaşdı
05/12/2024 - 10:08
Azərbaycan nefti bahalaşıb
30/11/2024 - 11:46