Yaponiyada dünyanın ən yaşlı insanı vəfat edib

04/01/2025 - 15:57

Yaponiyada dünyanın ən yaşlı insanı kimi tanınan Tomiko İtuka 116 yaşında vəfat edib. APA xəbər verir ki, bu barədə “Kyodo” Agentliyi məlumat yayıb. Məlumatda 1908-ci ildə Osakada anadan olmuş qadının yaşadığı qocalar evində öldüyü bildirilib. O, 2024-cü ilin sentyabrında İspaniyanın Kataloniya əyalətinin Olot şəhərindən olan 117 yaşlı Maria Branyas Moreranın ölümündən sonra Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı insanı seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ