Direktor ibtidai sinif şagirdini kabinetinə salıb döydü, anası etiraz etdikdə isə... – ŞOK İDDİA

06/01/2025 - 13:51

Gülbəz Rəhimova: “Direktora etiraz etidiyim üçün məkətbin istilik sisteminə baxan həhyat yoldaşımı işdən çıxardı”

Ağcabədi rayonu, Xocavənd kənd sakini Rəhimova Gülbəz Möhübbət qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham ƏliyevəElm və Təhsil naziri Emin Əmrullayevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Cənab Nazir!
Mən, Rəhimova Gülbəz Möhübbət qızı, əvvala qeyd edim ki, Taleh Əliyev adına Xocavənd kənd 2 saylı tam orta məktəbin direktoru Mehriban Qasımova 3-cü sinifdə oxuyan övladımı otağına salaraq, möhkəm döymüşdür.
Bildirim ki, valideynlər icalasda, uşaqlar isə dərsdə olan vaxtı 2 uşaq bir-biri ilə dalaşıb. Buna əsəbləşən direktor uşaqların ikisini də otağa çağırıb. Davanın necə olduğunu uşaqlardan soruşub. O biri uşaq direktora deyib ki, Ruslan məni vurdu. Direktor həmin uşağa deyib ki, Ruslan sənin harandan vurubsa mənə de, onu eyni nahiyyəsindən vuracam. Beləliklə də, direktor oğlumu vəhşicəsinə döymüşdür.
Biz iclasdan çıxarkən uşaqlardan və müəllimlərdən eşitdim ki, direktor kiminsə uşağını döyüb, uşağın halı pisləşib. Dərhal sinifə girib öz oğlumu axtardım. Uşağın halını görüb, sanki dəli oldum.
Bununla bağlı məktəbə gedib direktordan soruşdum ki, niyə mənim uşağımı döymüsən? Mənə utanmadan bildirdi ki, sənin uşağın başqa bir uşağı vurub, məndə uşağa dedim ki, sənin harandan vurubsa, de, mən də onu həmin nahiyyəsindən vuracam, bu səbəbdən sənin uşağını vurdum.
Əlavə edim ki, direktor uşağı digər uşağın yanında, kabinetdə möhkəm döyüb. “Sən kimsən mənim uşağımı belə möhkəm döyürsən” dedikdə isə, mənə “tərbiyəli danış, hələ sənin ərini də işdən çıxardacağam”, -deyə hədələdi.
Onu da bildirim ki, direktorun kabinetindən çıxan uşaq sinifə daxil olarkən halı pisləşib. Müəllimə su verdikdən sonra biraz özünə gəlib.
Həhyat yoldaşım Rəhimov Şahin Bəylər oğlu da həmin məktəbin istilik sisteminə baxırdı. Bu il 3 gün işə getməyinə baxmayaraq, səbəbsiz yerə onu işdən çıxardıb. Səbəb uşağımı döyərkən mənim onunla kobud danışmağım olub.
Yoldaşım soruşur ki, mən işimin başındayam, hansı səbəbə görə məni işdən çıxarmısınız? Cavab verib ki, səni regional idarədən çıxardıblar. Regional idarədən isə deyirlər ki, bizim xəbərimiz yoxdur.
Cənab Prezident!
Cənab Nazir!
Bu məktəbin direktorunun əlindən tək biz valideynlər yox, müəllim heyəti də bezib. Yoldaşım 2 il həmin məktəbin istilik sisteminə baxıb, pulunu alıb. Bu il qərəzli şəkildə direktor onu işdən çıxarıb. Üstəlik, yoldaşıma deyib ki, “get, hara istəyirsən şikayət et, heç kəsə heç nə sübut edə bilməzsən”. Amma bu işlə maraqlanılsa, döyülən uşaqların valideynləri danışarlar. İndi danışa bilmirlər, çünki direktor onları da hədələyir. Və deyir ki, məni burdan heç kəs çıxarda bilməz.
Yoldaşım işlədiyi vaxtlarda məktəbdə çox özbaşınalıqlar olub. Məktəbin ağaclarını belə, bəhanə ilə kəsdirib, satıblar.
Onu da qeyd edim ki, yoldaşım ilk işə girdiyi il ona direktor maaş kartını vermədi. Maaş kartı direktorda qaldı. 2-ci il isə kartı bizə qaytardı. Yəni bu derektor kimlərəsə arxayın olaraq, bu işləri görür”.
Cənab Prezident!
Cənab Nazir!
Szdən xahiş edirəm ki, qeyd etdiyim məsələlərin araşdırılması üçün müvafiq orqanlara göstəriş verəsiniz”.
Məsələ ilə bağlı Taleh Əliyev adına Xocavənd kənd 2 saylı tam orta məktəbin direktoru Mehriban Qasımova ilə əlaqə saxladıq. Direktor əməkdaşımıza sadəcə onu dedi ki, “iddialar əsassızdır”.
Jalə FAMİLQIZI

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Abşeronda ev yanıb
04/01/2025 - 14:56
Ən qərarsız 3 bürc
03/01/2025 - 12:24
Sabaha olan hava proqnozu
02/01/2025 - 13:33