Ermənistanda Baş Qərargah rəisinin keçmiş müavini həbs edilib
05/01/2025 - 09:38
Məhkəmə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryanı həbs edib. APA xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini səhlənkarlıqda ittiham olunur. Xaçatryan 2021-ci ilin fevralında Baş nazir Nikol Paşinyanın “İsgəndər” kompleksləri ilə bağlı dediklərini ələ saldıqdan sonra tutduğu vəzifədən azad edilib.