ABŞ Yaponiyaya 3,64 milyard dollarlıq raket satışını təsdiqləyib
03/01/2025 - 10:11
ABŞ Dövlət Departamenti Yaponiyaya 3,64 milyard dollara 1,2 min ədəd “AIM-120D-3” və “AIM-120C-8” orta mənzilli “hava-hava” raketlərinin mümkün satışını təsdiqləyib. “Report” xəbər verir ki, bu barədə Pentaqona daxil olan Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb. Agentliyin açıqlamasında bildirilib ki, Yaponiya hökuməti 1,2 minə qədər “AIM-120” (D-3/C-8) qabaqcıl orta mənzilli “hava-hava” raketlərinin və lazımi avadanlıqların alınmasına dair sorğu göndərib.