Azərbaycan neftinin qiyməti 79 dollara yaxınlaşıb
03/01/2025 - 11:38
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. "APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,78 ABŞ dolları və ya 2,3% artaraq 78,78 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 77 dollar təşkil edib.