Azərbaycana idxal edilən tibbi maska və tibbi respiratorlarına tətbiq edilən xüsusi gömrük rüsumunun müddəti 3 il uzadılıb
16/12/2024 - 10:40
Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib. APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərar tibbi maska istehsalı üçün xammal və tibbi respiratorların idxalına tətbiq edilən və 31 dekabr 2024-cü il tarixində qüvvədən düşəcək idxal gömrük rüsumlarından azadolmanın müddətinin 2027-ci ilin sonunadək uzadılmasını nəzərdə tutur. Həmçinin, Qərarda 31 dekabr 2024-cü il tarixinədək qüvvədə olan, tibbi maska idxalına tətbiq edilən idxal gömrük rüsumunun (1 ədəd üçün 3 ABŞ dollar senti) qüvvədə olma müddətinin 2027-ci ilin sonunadək uzadılmasını nəzərdə tutulur.