Rusiyanın Qara dənizdə iki tankeri qəzalı vəziyyət düşüb - YENİLƏNİB-1 - VİDEO

15/12/2024 - 15:09

Rusiyanın Qara dənizdə iki tankerinin qəzaya uğraması nəticəsində neft sızması baş verib.

APA-nın xəbərinə görə, bu barədə “Rosmorreçflot” məlumat yayıb.

    Qeyd edilib ki, qəzaya uğrayan tankerlərdə ümumilikdə 29 heyət üzvü var. Qəzaya uğramış tankerlərlə bağlı xilasetmə əməliyyatıarı üçün yedək gəmiləri və helikopterlər göndərilib, təxliyyə davam edir.

    ***

    saat 14.20

    Rusiyanın daha bir tankeri Kerç boğazında qəzalı vəziyyətə düşüb.

    APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, fırtına səbəbindən "Volqoneft-239" tankeri zədələnib.

    Tankerin göyərtəsində 14 nəfər var. Bu tanker də 4 tondan artıq mazut daşıyır.

     

    ***

    saat 13.44

    "Volqoneft-212" tankeri Kerç boğazında qəza vəziyyətindədir.

    APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, 4 tondan artıq mazut daşıyan tankerdə 13 heyət üzvü var.

    Qeyd edilib ki, fırtına zamanı tankerin burun hissəsi qopub, 13 heyət üzvü tankerin arxa hissəsindədir.

    Sahildən 8 km uzaqlıqda olan tankerdə xəsarət alanlar və mazutun dənizə axması ilə bağlı məlumat daxil olmayıb. Xilasetmə əməliyyatına başlanılsa da, fırtına səbəbindən aviasiyanın havaya qaldırılması mümkün olmur.

     

     

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Putin Nazarbayevlə görüşüb
    14/12/2024 - 09:31