Norveç ukraynalı pilotlara təlimi Portuqaliyada keçirəcək
2025-ci ildən etibarən Norveç Silahlı Qüvvələri ukraynalı F-16 pilotlarının Portuqaliyada keçiriləcək təlimində öz təlimatçılarına kömək edəcək. Təlimlərin yeni mərhələsi bu ölkədə keçiriləcək. “Report” xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyinin məlumatında bildirilib. "Hökumət 2025-ci ildə ukraynalı pilotların və yerüstü heyətin hazırlanmasına dəstək üçün vəsait ayırıb. İlin əvvəlində Danimarkada ukraynalı pilotların F-16 qırıcılarında təlim prosesi dayandırılacaq. Yeni ildən etibarən Norveç Silahlı Qüvvələri Portuqaliyada ukraynalı F-16 pilotlarının hazırlanması üçün təlimatçılarla təmin edəcək", - məlumatda müdafiə naziri Byorn Arild Qramın sözlərinə istinadən qeyd olunub.