Rusiyanın Almaniyada dondurulmuş aktivlərinin həcmi açıqlanıb

14/12/2024 - 07:29

Almaniya hakimiyyəti Aİ-nin sanksiyaları çərçivəsində Rusiyanın təxminən 3,5 milyard avro dəyərində aktivlərini dondurub. APA xəbər verir ki, bu barədə “TASS”a Almaniya Maliyyə Nazirliyinin nümayəndəsi məlumat verib. 2023-cü il dekabrın sonunda Almaniya Maliyyə Nazirliyinin nümayəndəsi bildirmişdi ki, ölkə hakimiyyəti həmin ayın əvvəlinə Aİ sanksiyaları rejimi altında Rusiyanın təxminən 4,1 milyard avro dəyərində aktivlərini dondurub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Tramp ilin adamı elan olundu
12/12/2024 - 17:07