Əsəd Suriyadan belə qaçıbmış - Detallar açıqlandı

11/12/2024 - 15:55

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd onun Latakiya əyalətindəki Rusiyanın Xmeymim aviabazasına təhlükəsiz hərəkətini təşkil edən rus kəşfiyyatçılarının birbaşa köməyi ilə ölkədən qaça bilib. Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb. Mənbələr təsdiqləyib ki, Əsədin təyyarəsi islamçıların hava hücumundan müdafiə vasitələri ilə izlənilməməsi və vurulmaması üçün transponderləri söndürülmüş halda Dəməşqdən Xmeymim istiqamətinə uçub. Dekabrın 8-də Əsədin ölkəni naməlum istiqamətdə tərk etdiyi bildirilir. Adı açıqlanmayan Suriya ordusunun yüksək rütbəli zabitləri onun təyyarəyə minərək Dəməşqdən havaya qalxdığını bildiriblər. “Flightradar 24” xidmətinin məlumatına görə, havaya qalxdıqdan bir müddət sonra təyyarə radarlardan itib. Sonradan məlum oldu ki, Əsəd dekabrın 8-i axşam saatlarında Moskvaya gəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ