Biləsuvar xəstəxanasında ölən uşaqla bağlı rəsmi açıqlama

11/12/2024 - 19:35

10 noyabr saat 17:30 radələrində 2020-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Publika.az xəbər verir ki, bu barədə TƏBİB ötən gün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişən 4 yaşlı N.Ə ilə bağlı məlumatında bildirib. Bildirilib ki, ona ürək və tənəffüs çatışmazlığı diaqnozu qoyulub. Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, hadisə dünən rayonuun Xırmandalı kəndində baş verib. Kənd sakini, 2020-ci il təvəllüdlü N.Ə-nin qəfil halının pisləşməsini görən valideynləri uşağı Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Polis mayoru vəfat etdi - Foto
09/12/2024 - 14:06
Balakəndə ev yanıb
08/12/2024 - 16:52
Bu gün yağış yağacaq
08/12/2024 - 07:57