Daha iki ölkə şengen zonasına daxil oldu
12/12/2024 - 14:52
Bolqarıstan və Rumıniya Şengen zonasına daxil olub. Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb. Bildirilib ki, AB-yə üzv ölkələr 2025-ci il yanvarın 1-dən etibarən bu iki ölkə ilə daxili quru sərhədlərində yoxlamaları ləğv edəcəklər. Qeyd edək ki, Rumıniya və Bolqarıstan 2011-ci ildən Şengen zonasına daxil olmaqla bağlı danışıqlar aparırdı.