KİV: Blinken İraqdan İranın Suriyaya silah göndərməsinin qarşısını almasını istəyib

14/12/2024 - 07:25

ABŞ dövlət katibi Entoni Blinken İraqın Baş naziri Məhəmməd əl-Sudanidən İranın Suriyaya silah tədarükünün qarşısını almasını istəyib. APA xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb. Məlumata görə, Blinken vurğulayıb ki, Suriya həssas vəziyyətdədir. Bu səbəbdən Vaşinqton İraqdan İranın dəstəklədiyi qruplar tərəfindən istifadə oluna biləcək və ya ölkədə sabitliyi daha da poza biləcək silahların Suriyaya daxil olmasının qarşısını almasını istəyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Putin Nazarbayevlə görüşüb
14/12/2024 - 09:31
Tramp ilin adamı elan olundu
12/12/2024 - 17:07