Rusiyada neft anbarı vuruldu - Video
14/12/2024 - 10:18
Rusiyanın Oryol vilayətində neft anbarına dron hücumu olub. Axar.az xəbər verir ki, bu barədə “Astra” nəşri bildirib. Sözügedən regionun qubernatoru Andrey Klıçkov Teleqram hesabında kütləvi dron hücumunun olduğunu təsdiqləyib: “PUA-ların kütləvi hücumu nəticəsində infrastruktur obyektində yanacaq alışıb, vurulmuş PUA-ların qalıqları bir neçə fərdi evin pəncərələrini də zədələyib”, - Klıçkov bildirib.