Cəbrayılda uşaqların qar sevinci - Foto
14/12/2024 - 10:27
Cəbrayıl şəhər sakinləri günə qarın sevinci ilə oyanıblar. Ağ örpəyə bürünən şəhər gözəlliyi ilə diqqət çəkir. Axar.az Azərtac-a istinadən xəbər verir ki, ölkəmizin bir sıra bölgələrində olduğu kimi, gecə saatlarından Cəbrayıl şəhərinə də qar yağmağa başlayıb. Bir neçə saat ərzində ətraf tamamilə ağ örpəklə örtülüb. Şəhərdə qarın ən çox sevincini yaşayan isə uşaqlar olub. Cəbrayıl şəhərindən görüntüləri təqdim edirik.