Suriya bəzi ölkələrlə müdafiə sazişi bağlamaq istəyir
15/12/2024 - 13:44
Suriyanın yeni keçid hökuməti bir sıra dövlətlərlə birgə müdafiə sazişləri bağlamağa çalışır. Bakupost.az xəbər verir ki, bu barədə Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri Əhməd əl-Şaraa Qətərin “Al Araby” telekanalına müsahibəsi zamanı məlumat verib. “Biz bir sıra dövlətlərlə birgə müdafiə haqqında sazişlər bağlamağa və strateji hərbi əlaqələr qurmağa çalışırıq”, - deyə o bildirib.