Balın qiyməti kəskin arta bilər: Həşəratlar təsərrüfata ciddi ziyan vurur

15/12/2024 - 13:49

Göyçayın arıçılıq təsərrüfatlarında fermerləri çaşbaş qoyan nüanslar ortaya çıxıb. "Arı canavarları" adlanan zərərverici həşəratlar yeşiklərin nəfəsliyindən daxil olaraq bal arılarına hücum çəkir, onları məhv edir. Təsərrüfat sahibləri payız və qış mövsümünə uyğun olaraq müalicə və xəstəliklərə qarşı mübarizə üsullarına riayət etsələr də, arıların kəskin şəkildə azalması ilə üzləşirlər. "Arıçı başa düşməsə, bu zərərverici həşəratlar 3-5 gün ərzində bütün arıxananı məhv etmək iqtidarındadır. Götürdüyümüz məhsul azdır, ona görə də, məcburuq balı camaata 30-40-50 manata təqdim edək", - deyə arıçı Vüqar Əfəndiyev deyib. Daha ətraflı Baku TV-nin materialında:

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Psixoloqdan 10 qızıl qayda
15/12/2024 - 13:59
Qaxda avtomobil yandı
15/12/2024 - 11:36
Bakıda evdə yanğın olub
15/12/2024 - 11:32
Sabahın hava proqnozu
14/12/2024 - 13:28
Metroda yenə problem yarandı
12/12/2024 - 10:34