Bakıda 5 yaşlı uşaq yol qəzasında xəsarət alıb
15/12/2024 - 08:57
Bakının Sabunçu rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, iki avtomobilin toqquşması zamanı sərnişin, 2019-cu il təvəllüdlü A.Eyvazov xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.