Macarıstan naziri: Zelenski Orbanla atəşkəs barədə danışmaqdan imtina edib
15/12/2024 - 15:14
Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstan Baş naziri Viktor Orbanla atəşkəs danışıqlarını müzakirə etmək istəməyib. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib. O bildirib ki, V.Orban tərəflər arasında atəşkəsi müzakirə etmək üçün V.Zelenski ilə danışmaq istəyib, amma rədd cavabı alıb.