Xüsusilə külli miqdarda vergi borcu olan "Zirinc Group" ölkədən çıxarılan valyuta vəsaitini qaytarmadığına görə cəzalandırıldı

28/11/2024 - 11:02

Suraxanı Rayon Məhkəməsində "Zirinc Group" MMC-yə yazılan inzibati protokola baxılıb. Pravda.az-ın xəbərinə görə, hakim Nərminə Rzayevanın sədrliyi ilə keçirilən iclasda qərar açıqlanıb. Qərara əsasən, şirkət cərimələnib. Xatırlatma: Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib. Qeyd: 2021-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 732 200 AZN olan MMC-nin qanuni təmsilçisi Rafiq Mirzəbala oğlu Mirzəyevdir. Şirkətin dövlətə 522 986 AZN vergi borcu var. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neft bahalaşmaqda davam edir
19/11/2024 - 09:19
Neft yenidən bahalaşdı
18/11/2024 - 10:09