Yeni Zelandiyada 5,8 bal gücündə zəlzələ baş verib

28/11/2024 - 09:06

Yeni Zelandiya sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.  Məlumata görə, zəlzələnin episentri təxminən 1,3 min nəfər əhalisi olan Hiks Bay şəhərindən 147 km şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55
Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42