Rusiya enerji obyektlərinə zərbələr endirdi - Ukrayna işıqsız qaldı
Rusiya Ukraynanın enerji obyektlərinə kütləvi hücuma başlayıb. Bakupost.az -ın məlumatına görə, bu barədə Ukraynanın energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, ölkənin enerji təminatında fasilələr tətbiq edilib. “Enerji yenidən düşmənin kütləvi hücumu altındadır. Ukraynanın hər yerində enerji obyektlərinə hücumlar baş verir. Transmissiya sisteminin operatoru "NEC Ukrenergo" təcili olaraq fövqəladə elektrik kəsilməsini tətbiq etdi. Təhlükəsizlik şəraiti imkan verən kimi nəticələrə aydınlıq gətiriləcək. Rəsmi mesajları izləyin”, - nazir qeyd edib. Qeyd edək ki, Rusiya bombardmançılarının fəaliyyəti ilə əlaqədar bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilib. Ukrayna Hərbi Hava Qüvvələri Murmansk vilayətindən yeddi Tu-95MS bombardmançı təyyarəsinin havaya qalxdığının, eləcə də Qara dənizdən qanadlı raketlərin buraxıldığını bildirib.