Çin Rusiya və Şimali Koreyanı dayandırmaldır - Blinken
26/11/2024 - 22:26
Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsi fonunda Çin Moskva və Pxenyana təzyiq göstərməlidir. Axar.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken deyib. “Biz artıq bir müddətdir Şimali Koreyaya, o cümlədən sanksiyalarla təzyiq göstərməyə çalışırıq. Lakin düşünürük ki, əsas faktor kimi Çin mühüm rol oynayaraq Şimali Koreya və Rusiyaya təzyiq etməlidirlər ki, bu fəaliyyəti dayandırsınlar”, - deyə o bildirib.