Masallıda dəhşət: İçib dalaşdılar, qətl baş verdi

26/11/2024 - 17:54

Noyabrın 26-sı saat 01 radələrində Masallı şəhəri ərazisində yerləşən evlərdən birində 1984-cü il təvəllüdlü Siruz Mehdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Araşdırmalarla 2000-ci il təvəllüdlü İsrafil Cavadovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Siruz Mehdiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Masallı Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. İsrafil Cavadov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir. APA-nın məlumatına görə, qətl hadisəsini törətməkdə şübhəli bilinən 24 yaşlı İsrafil Cavadov Sabirabad rayon, qətlə yetirilən 40 yaşlı Sirus Mehdiyev isə Samux rayon sakinidir. Onlar Masallıya istixana qurmaq üçün gediblər. Onların ötən gecə kirayə qaldıqları evdə spirtli içki qəbul edib, daha sonra mübahisə etdikləri bildirilir. Mübahisə zəminində bıçaqlanma olub, Sirus Mehdiyev çoxlu qan itirməsi nəticəsində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10
Ədalət Verdiyev həbs olundu
25/11/2024 - 18:51