15 yaşlı Gülərin qardaşları da faciəvi şəkildə ölübmüş - Yenilənib

16/12/2024 - 11:59

Siyəzəndə məktəbli dəm qazından zəhərlənərək ölüb. “Qafqazinfo”nun məlumatına görə, hadisə Siyəzən şəhərində M.Ə.Sabir küçəsində baş verib. Belə ki, dəm qazından zəhərlənən 2009-cu il təvəllüdlü Vəkilli Gülər Seyfulla qızı Siyəzən Müalicə Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. G.Vəkillinin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

***

Məlumata görə, bu, ailədə yaşanan ilk faciə deyil. Gülərin iki qardaşı 2014-cü ilin yayında Samur-Abşeron kanalında çimərkən boğulublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Psixoloqdan 10 qızıl qayda
15/12/2024 - 13:59
Qaxda avtomobil yandı
15/12/2024 - 11:36
Bakıda evdə yanğın olub
15/12/2024 - 11:32
Sabahın hava proqnozu
14/12/2024 - 13:28